“Minalanmış sahələrin hüdudları işarələnib” –Ağdama gəlmiş Rusiya FHN-nin qrup rəhbəri, general Savvin  

Bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin birləşmiş qrupu hərbi əməliyyatların təsirləndiyi ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan tərəfinə təhvil verilən əraziyə gəlib. 

Bunu jurnalistlərə açıqlamasında Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin deyib.

Onun sözlərinə görə, 20 nəfərdən ibarət qrupa pirotexniklər, minaxtaranlar, kineloqlar, kadr hazırlığı üzrə təlimatçılar daxildir.

Qrup ərazilərin minalardan təmizlənməsi üçün zəruri avadanlıqlarla təchiz edilib: “Minalanmış sahələrin hüdudları işarələnib, müşavirə keçirib təmizlənəcək ərazilərə dair qərar verəcəyik. Qarşıya qoyulan tapşırıqları həll edəcəyimizi düşünürəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir