Mingəçevirdə şəhid nəvəsinə Ərdoğan adı verilib

- FOTO
22 Fevral 2020 - 12:32

Mingəçevirdə şəhidin yeni doğulan nəvəsinə Ərdoğan adı verilib. 

APA-nın yerli bürosunun məlumatına görə, Mingəçevir Doğum Şöbəsində şəhid döyüşçü Tahir Şamxalovun oğul nəvəsi dünyaya gəlib.

Valideynləri tərəfindən körpəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Ərdoğan adı verilib.