Mingəçevirin Hitlerlə döyüşən sonuncu veteranı 99 yaşında vəfat etdi –

FOTO
05 Avqust 2020 - 20:28

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib.

Şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib.

Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad  kəndində anadan olub.

O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib. (APA)