“ATƏT-in Minsk Qrupu ötən ilin fevralından tarixin zibilliyinə göndərilib. Qərb Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün səyləri dağıtdı”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“O zaman amerikan və fransız həmsədrləri uzqgörən bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni kəsdilər. Buna aydın bir izahat da verilmədi. Bunu nəzərə alaraq biz də səyimizi Üçtərəfli formatda, yüksək səviyyədə əldə edilmiş öhdəliklərə söykənərək İrəvana və Bakıya yardım etməyə cəmlədik”-deyə XİN rəsmisi vurğulayıb.
Zaxarova ABŞ-ın vasitəçilik cəhdlərinə toxunaraq qeyd edib ki, bunda real addımların olduğunu görmürlər.
Azpost.info