“Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var” –Bakı 11 dövlətin toplantısını təklif edir

“Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Minsk Qrupunun həmsədrlərinin mandatına görə Helsinki Yekun aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürməlidirlər: “Ermənistanın yalanlar və müxtəlif bəhanələr vasitəsi ilə danışıqları pozmaq cəhdlərinə son qoymaq lazımdır. Minsk prosesində 11 dövlət iştirak edir. Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir