Minskdə həkimlər etiraz aksiyası keçirir

14 Avqust 2020 - 11:01

Minskdə yeni etiraz aksiyası başlanıb.

Azpost.info bildirir ki, yerli TUT.BY internet nəşrinin məlumatına görə, yerli xəstəxananın işçiləri etiraz olaraq küçələrə çıxıblar. Onlar saxlanılanların döyülməsinin dayandırılmasını tələb edirlər.

Bazar günündən bəri ölkədə etiraz aksiyaları keçirilir. DİN-in rəsmi məlumatına görə, bu müddət ərzində 6 min adam saxlanılıb.