Rusiyalı həkimlər yeni peyvəndə tam etibar etmir –SORĞU

Rusiyalı həkimlər bütövlükdə koronavirusa qarşı yaradılmış yeni vaksinə etibar etmir.

Azpost.info bildirir ki, bu barədə RBK məlumat yayıb.

Rəyi soruşulanların 3 min həkimin yarısı bildirib ki, peyvəndi öz üzərində sınaqdan keçirməyə hazır deyillər.

Onların üçdə ikisi öz qərarlarını pereparatın effektivliyi barədə məlumatların kifayət qədər olmaması ilə izah edib.

Rəyi soruşulanların yarısı bildirib ki, peyvəndin çox qısa zamanda yaradılması onlarda inamsızlıq yaradıb. Yalnız rəyi soruşulan hər beşinci şəxs deyib ki, peyvəndi vurmaq üçün öz pasiyentlərinə, həmkarlarına və tanışlarına tövsiyə edəcək.

Putin dünyada virusa qarşı ilk peyvəndin yaradılmasını bu həftə elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Minskdə həkimlər etiraz aksiyası keçirir

Sonrakı məqalə

Ölkəmizdə 500 min hektar torpaq şoranlaşma təhlükəsi ilə üzləşib