Minskdə bütün prospektlər bağlanır –Müstəqillik Meydanına xüsusi texnika yeridilib

Minskin Müstəqillik Meydanına xüsusi texnika yeridilib.

Bu barədə TASS məlumat yayıb.

Təxminən on ədəd texnika, o cümlədən bir neçə təcili yardım maşını sözügedən əraziyə gətirilib.

Meydan metal hasarlar və polislə əhatə olunub, yeraltı keçidlər bağlanıb. Şəhərdə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, küçələrdə etirazçıların olmadığı bildirilir.

Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Olqa Çemodanova bu addımın paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə atıldığını bildirib.

Xatırladaq ki, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) həmin ərazidə etiraz aksiyası keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli İnsanovun köməkçisi saxlanılıb

Sonrakı məqalə

Messi koronavirus testindən keçib