Minsklə Tehran arasında birbaşa reyslər açılacaq

“Yaxın vaxtlarda Minsk və Tehran arasında birbaşa uçuşlar olacaq”.

Azpost.info xəbər verir ki, bu barədə Belarusun İrandakı səfiri Dmitri Koltsov məlumat verib.

“Çox yaxında ölkələrimizin paytaxtları arasında birbaşa reyslər olacaq”, – səfir deyib.

Koltsov qeyd edib ki, Belarus və İran arasında 2017-ci ildə kəsilmiş müntəzəm reyslərin bərpası birbaşa biznes, elm, təhsil, mədəniyyət və turist mübadiləsinin təmin edilməsində mühüm rol oynayacaq: “Birbaşa aviareys, şübhəsiz ki, Belarus və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün güclü amilə çevriləcək”.

Azpost.info

Əvvəlki məqalə

Bolqarıstan prezidentinin koronavirus testi müsbət çıxdı

Sonrakı məqalə

“Ümid edirəm bizə “küçə yeməyi” ilə “fast- food”un fərqini izah edərlər” –