Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedib.
AzPost bildirir ki, nazir Ermənistan-AB Tərəfdaşlıq Şurasının altıncı iclasına qatılacaq. Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə ayrıca görüş keçirib.
Tərəflər Ermənistan-AB tərəfdaşlığının dərinləşdirilməsi, eləcə də regional məsələlər, o cümlədən ikitərəfli əlaqələri müzakirə ediblər.