Mirzoyan İranda İbrahim Rəisi ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Azpost.info xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

“Tərəflər iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan yüksək səviyyəli siyasi dialoqun formalaşdığını məmnunluqla qeyd ediblər. Ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin, eləcə də bu istiqamətdə sazişlərin həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyi vurğulanıb”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.