Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Misir fironları əslən qafqazlıdır –

User 24 İyun 2025 - 22:35 (Last updated: 24 İyun 2025 - 22:35)
mumiya esas

Almaniyanın Maks Plank İnstitutu və Tyubinqen Universitetinin tədqiqatçıları yaşı 1500-3500 arası dəyişən doqquz Misir mumiyasının genini bərpa edə biliblər.

AzPost bildirir ki, analizlərdən sonra məlum olub ki, qədim misirlilər, əslində, afrikalı deyillər.

Onların bir hissəsi türk əsillidir, başqa bir hissəsi isə həmin dövrün Cənubi Avropasındandır (hazırda bu hissədə Suriya, Abxaziya, İordaniya, Gürcüstan, İsrail və Livan yerləşir).

Bir müddət əvvəl isə belə bir təcrübə Sürixin “iGENEA” geneoloji mərkəzinin təşəbbüsü ilə bioloq-alimlər tərəfindən aparılıb. Amma alimlər təkcə bir genetik materialdan – Tutanhamonun mumiyasından istifadə ediblər. Fironun DNA-sı sol ayaq və sol çiyin sümük toxumasından götürülüb.

Mərkəzin mütəxəssisləri Qədim Misir fironlarının və müasir Avropa sakinlərinin müqayisəli genetik analizini aparıblar. Nəticədə məlum olub ki, bir çox avropalı Tutanhamonun qohumudur. Daha dəqiq desək, avropalı kişilərin yarısı ilə Tutanhamonun DNA-sı uyğun gəlib. Bundan əlavə, Fransa, İspaniya, Böyük Britaniyada uyğunluq 60-70 faiz təşkil edir.

DNA müqayisəsi haploqruplar üzrə də aparılıb. Məlum olub ki, fironun qohumları “R1b1a2” haploqrupuna məxsusdurlar. Tədqiqatçılar qeyd edirlər ki, bu haploqrup müasir Avropa əhalisi arasında geniş yayılsa da, misirlilər arasında nadir hallarda rast gəlinir.

“iGENEA” mərkəzinin direktoru Roman Şolts qeyd edir ki, Tutanhamonun genetik olaraq avropalı olması alimləri çox maraqlandırıb. Alman və isveçrəli alimlərin növbəti genetik tədqiqatı isə müasir Misir əhalisinin fironların davamçısı olmadığını üzə çıxarıb. Misirlilərin qədim fironlarla heç bir əlaqəsi yoxdur. Fironlar başqa ölkələrin sakinləri olublar.

Şoltsun sözlərinə əsasən, avropalıların və Misir fironlarının ümumi əcdadı 9500 il əvvəl Qafqazda yaşayıb. Yeddi min il əvvəl isə onlar Avropa ərazisinə yayılıblar. Bəziləri Misirə gedib və hakim zümrəyə çevrilib. Beləcə, Tutanhamon və onun əcdadları, əslində, qafqazlıdırlar.

Tyubinqen Universitetinin paleogenetiki qeyd edir ki, alman tədqiqatçılar 150 mumiyadan üçünün genetikasını bərpa edə biliblər. Sözügedən üç mumiyanın DNA-sı uzun illər keçsə də, isti Misir iqlimi, mumiyalama zamanı istifadə edilən kimyəvi maddələr, sözügedən ərazilərdəki nəmişliyə baxmayaraq, yaxşı qalıb.

AzPost.az

Post navigation

Previous: “Atəşkəsə ciddi şəkildə riayət olunmalıdır” –
Next: Rusiyanın beş bölgəsində 22 PUA vurulub

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.