Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Misirdə 3500 illik sirr: Arxeoloqlar üç məzar aşkar etdi

Orkhan Ali 27 May 2025 - 12:39 (Last updated: 27 May 2025 - 12:34)
Misir

Misir

Misirdə aparılan arxeoloji qazıntılar zamanı 3500 ildən çox yaşı olan üç qədim məzar üzə çıxarılıb. AzPost xəbər verir ki, bu barədə məlumat Misirin Qədim Əsərlər üzrə Ali Şurası və Turizm Nazirliyi tərəfindən təsdiqlənib.

Yeni tapıntılar ölkənin cənubundakı məşhur Luksor şəhərində, Dra Əbu əl-Naqa nekropolunda aşkar edilib. Qazıntılar zamanı məlum olub ki, bu məzarlar Yeni Krallıq dövrünə — təxminən eramızdan əvvəl 1550-ci ilə aiddir. Məzarların içərisindəki kitabələrdə qəbir sahiblərinin adları və vəzifələri də qeyd olunub.

Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi Məhəmməd İsmayıl Xalid bildirib ki, bu tapıntılar qədim Misir tarixinin bəzi qaranlıq məqamlarını aydınlaşdırmağa imkan verəcək. Onun sözlərinə görə, məzarlardan əldə edilən yazıların əlavə təhlilinə ehtiyac var.

Məlumata görə, əsasən dağıdılmış məzarlardan biri Ramessid dövrünə aid Amum em-İpet adlı şəxsə məxsusdur. Qəbir divarlarında cənazə mərasimləri və ziyafət səhnələri təsvir olunub. Digər iki türbə isə 18-ci sülaləyə aiddir. Onlardan biri Baki adlı taxıl anbarının mühafizəçisinə, digəri isə Amun məbədinin baxıcısı, yazıçı və şimal vahələrinin meri olmuş S adlı şəxsə məxsusdur.

Qeyd edək ki, türbələrdə müxtəlif artefaktlar, heykəllər və qədim dəfn əşyaları da aşkar edilib. Misirin Turizm və Qədim Əsərlər naziri Şerif Fathir bu tapıntını ölkə üçün mühüm elmi və arxeoloji hadisə kimi dəyərləndirib.

Onun sözlərinə görə, bu kəşf gələcəkdə Misirdə mədəni turizmin inkişafına təkan verəcək və qədim sivilizasiya tarixinin daha geniş miqyasda öyrənilməsinə imkan yaradacaq. Qeyd edək ki, son illər Luksor və ətraf ərazilərdə bir sıra mühüm arxeoloji kəşflər edilib.

AzPost.az

Post navigation

Previous: İçərişəhərdə Mərkəzin direktoru işdən çıxarılıb
Next: İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, amma…

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.