Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Misirdə 5 min əvvələ məxsus qayaüstü təsvir aşkar edilib

User 14 İyul 2025 - 08:28 (Last updated: 14 İyul 2025 - 08:28)
misir tesvir

Misirdə 5 min əvvələ məxsus  qayaüstü təsvir aşkar edilib.

AzPost bildirir ki, bu barədə “Antiquity” nəşri məlumat verib.

Yeni araşdırma göstərir ki, qədim Misir qayaüstü təsviri təxminən 5100 il əvvəl, Birinci sülalənin sübh çağında həkk olunması mümkündür.

Oymada kral fiqurunun otura biləcəyi bir qayıq təsvir edilib. Orada yalnız kişinin başı və sağ çiyni görünür. Stilistik cəhətdən qravüra Protosülalə dövrü və Birinci Sülalənin erkən dövrünə aid qədim Misir qayaüstü rəsmlərinə bənzəyir. Bu dövr arxeoloqlara o qədər də yaxşı məlum deyil.

Araşdırmaya görə, bu oxşarlıqlar onu göstərir ki, yeni tapılan oymalarda Misir dövlətinin yaranması ilə bağlı ipucları ola bilər.

“Qayıqlar Misir ikonoqrafiyasında ən çox təkrarlanan motivlərdən biridir”deyə Belçikadakı Malgre-Tut Muzeyinin direktoru və kuratoru, tədqiqat müəllifi Dorian Vanhulle verdiyi açıqlamada vurğulayıb.

Onun sözlərinə görə, Fironlar dövründən əvvəl  olan predinastik və protodinastik dövrlərdə (e.ə. 4500-3085-ci illər) qayıq geniş yayılıb və mürəkkəb ideoloji və simvolik mənalara malik olub.

Vanhulle “Antiquity” jurnalında dərc olunan araşdırmada deyib ki, 2022-ci ilin noyabrında Asuan yaxınlığındakı Nil çayının qərb sahilində Yeni Asuan şəhərinin inşası ərəfəsində bölgədəki qayaüstü sənəti sənədləşdirən sorğu zamanı maraqlı qaya təsviri tapılıb.

Oyma sağda beş fiqurun çəkdiyi zəngin bəzəkli qayığı təsvir edir. Arxa tərəfdə əlində avar olan bir adam var. Bu şəxsin yanında qapalı bir yer, orada oturmuş bir əks olunur.

Vanhulle hesab edir ki, kişi kral ailəsinin üzvü ola bilər. Ancaq bəzi təfərrüatlar günümüzə qədər gəlib çatmadığından şəxsiyyəti şərh etmək çətinləşir. Vanhulle yazır ki, oturan adamın uzunsov çənəsi var. Bu ilk hökmdarların təsvirlərinə xasdır. Bu təsvir padşahların Birinci sülalədən bəri taxdıqları yalançı saqqalı göstərə bilər.

AzPost.az

Post navigation

Previous: Bakıda “Taxta bazarı”nda yanğın baş verib
Next: Moskva Sirkində gimnast 6 metr hündürlükdən yerə düşüb

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.