Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar

Misir polisi sifətlərini “Liverpul” futbol komandasının hücumçusu Məhəmməd Salahın təsviri olan maska altında gizlədən soyğunçu dəstəni yaxalayıb.

Bu barədə “Report” “Goal.com”a istinadən xəbər verir.

Bildirilir ki, dörd silahlı şəxs Qahirədə mağazalardan birini qarət etməyə cəhd göstərib, amma polis onların qarşısını kəsib və bütün cinayətkarları yaxalayıb.

Qeyd edək ki, Salah “Liverpul”un heyətində 2017-ci ildən çıxış edir. O, həmçinin futbol üzrə Misir milli komandasının kapitanı sayılır. Hücumçu iki dəfə “Afrikanın ən yaxşı futbolçu” mükafatına layıq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL Berlindən 188 Azərbaycan vətəndaşını ölkəmizə gətirib

Sonrakı məqalə

Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir