AZAL Berlindən 188 Azərbaycan vətəndaşını ölkəmizə gətirib

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 19-da Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Təbrizin tarixi binalarının 90 faizi dağıdılıb” –

Sonrakı məqalə

Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar