Misirdə qum altında ikinci sfinks heykəli var? –Araşdırma

İtalyan tədqiqatçı Filippo Biondi iddia edir ki, Misirdəki Giza yaylasının altında ikinci Sfinks heykəli ola bilər. O, nəticəsini peyk radarlarının araşdırması ilə əsaslandırıb. Nəticədə qum təbəqəsinin altında böyük, simmetrik bir quruluş aşkar edilib.

Azpost.info bildirir ki, Bild-in məlumatına görə, alim öz nəzəriyyəsini Matt Beall-in “Limitless” podkastında təqdim edib.

Biondinin arqumentlərindən biri eramızdan əvvəl XIV əsrdə IV Firon Tutmosun hakimiyyəti dövründə yaradılmış Böyük Sfinksin pəncələri arasında “Yuxu Steli” adlanan abidə idi. Orada iki Sfinksə bənzər fiqur təsvir olunub. Tədqiqatçının fikrincə, bu, simvol deyil, ikinci bir abidənin mövcudluğuna işarə edə bilər.

Bənzər bir fərziyyə əvvəllər Misirşünas Bassam əl-Şammaa tərəfindən irəli sürülmüşdü. Lakin Misirin keçmiş Antik Əsərlər naziri Zahi Havass ərazinin artıq hərtərəfli öyrənildiyini və ikinci heykələ dair heç bir dəlil tapılmadığını bildirib.

Biondi iddia edir ki, yeni radar məlumatları yaylanın təpələrindən birinin altında şaquli şaxtalar və keçidlər olan böyük bir quruluş aşkar edib. Bu da məşhur Sfinksin altındakı quruluşları xatırladır. Lakin arxeoloqlar hələ də bu tapıntıları rəsmən tanımırlar: piramidaların altında gizli “meqastrukturların” mövcudluğu qazıntılarla təsdiqlənməyib və sübut olunmamış bir fərziyyə hesab olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.