Misli Premyer Liqasının III dövrəsində keçiriləcək “Şamaxı” – “Qarabağ” oyununun yeri dəyişdirilib.
Bu qərar Azərbaycan çempionunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə qəbul olunub.
Ağdam klubunun müraciətini və bölgə təmsilçisinin razılığını nəzərə alan PFL 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” qarşılaşması ilə 4-cü dövrənin “Qarabağ” – “Şamaxı” görüşlərinin yerini dəyişdirib.
Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı isə dəyişiklik yoxdur.