Moldovadan Dnesteryanı bölgənin rəhbərliyinə qadağa –Özbaşına xaricə səfərə çıxa bilməzlər

Moldova hakimiyyəti separatçı Dnesteryanının liderlərinin xaricə səfərləri ilə bağlı yeni qayda tətbiq edib. 

Azpost.info “İnterfax”-a istinadən bildirir ki, bundan sonra Dnesteryanı bölgənin rəhbərləri xaricə səfərə gedərkən rəsmi Kişinyevə bu barədə əvvəlcədən məlumat verməlidirlər.  Moldovanın reinteqrasiya Bürosunun məlumatına görə, qərar avqustun 1-dən qüvvəyə minib.

Moldovanın hava və quru dövlət sərhədinin keçilməsi ilə bağlı icazə mexanizminə müvafiq orqanlar nəzarət edəcək.

Büro bəyan edib ki, yeni mexanizm yalnız Dnesteryanı regionun separatçı qurumlarının rəhbər vəzifə tutan şəxslərinə aid edilib.

Azpost.info

 

Əvvəlki məqalə

İsveç Türkiyə vətəndaşını Ankaraya geri verir –

Sonrakı məqalə

MİDA 815 güzəştli mənzili satışa çıxarır