“Moldovadayam, kərə yağı 12 manatdır, bizdə niyə bahadır?”–Natiq Cəfərli

“Kişinyovdayam, bir az öncə marketlərdə yağ qiymətlərinə baxdım – bizim pulla 1 kq kərə yağı 12-13 manat arası satılır. Niyə bu qədər qiymət fərqi var – çox sadə, Moldova ÜTT-nin üzvüdür, bu sahədə inhisarçılıq yoxdur, yerli istehsalları da az deyil.

AzPost bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bir kq kərə yağının ölkəyə idxal qiyməti 11 manat 93 qəpik olub.

“Bu ilin ilk 4 ayında ölkə üzrə kəra yağının orta (bir daha – orta) satış qiyməti 23 manat 59 qəpik olub. Yəni, yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır”.

N.Cəfərli vurğulayıb ki, ölkədə bir çox sahələrdə anormal qiymətlərin olması, məhz yerli istehsalın azlığı, inhisarçılıq və yüksək vergi-gömrük rüsumlarına görədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.