Müştərilərdən biri 1 aydır ki, xarici anbara çatmış bağlamasının hələ də “yoldadır” statusunda qalmasından narazıdır. Müştəri bildirir ki, hər dəfə MOREX şirkətinin müştəri xidməti ilə əlaqə saxladıqda cavab qeyri-müəyyən olur və konkret izahat verilmir. AzPost xəbər verir ki, bu hal müştərilər arasında ciddi narazılıq yaradır.
Şikayətçi əlavə edir ki, fors major halları barədə heç bir xəbərdarlıq edilməyib, buna görə də yaranmış gecikmə onun üçün əlavə problemlər yaradıb. Üstəlik, şirkət tərəfindən heç bir kompensasiya və ya endirim təklif olunmayıb ki, müştərinin ziyanı müəyyən qədər də olsa qarşılanmış olsun.