“Moskva Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir” –Rusiya XİN

“Rusiya dəfələrlə Bakı və İrəvana güc tətbiq etməkdən çəkinməyə, gərginliyi azaltmaq üçün istisnasız olaraq siyasi diplomatik vasitələrdən istifadə etməyə çağırıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova bildirib ki, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir.

O qeyd edib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”.

Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub: “Qrup fəaliyyətini bərpa edib. Avqustun 17-də Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib. Biz məmnunluqla qeyd edirik ki, tərəflər Cənubi Qafqaz regionunda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail olublar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 3 614 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib –