Azərbaycanda son sutkada 3 614 nəfər COVID-19-a yoluxub –23 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib, aktiv xəstə sayı 33431 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, ötən müddət ərzində isə ümumilikdə 4 268 668 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda bürkülü-isti hava avqustun 23-dək davam edəcək

Sonrakı məqalə

“Moskva Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir” –