Belarus prezidenti Lukaşenko yenidən Rusiyalı həmkarı Putinlə telefonla danışıb.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya yaranmış problemin həlli üçün İttifaq Dövləti Müqaviləsinin prinsipləri əsasında, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə bütün zəruri yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.
Kremlin məlumatında deyilir ki, hər iki lider ölkədə vəziyyəti, xaricdən təzyiqləri müzakirə edib.
Lukaşenko Putinlə ötən gün də danışıb.