“Moskva göz yaşlarına inanmır” filminin rejissoru vəfat edib

Rusiyanın tanınmış aktyoru və rejissoru Vladimir Menşov koronavirusdan vəfat edib.

RİA-nın verdiyi məlumata görə, bu barədə “Mosfilm”dən bildirilib.

Onun virusa yoluxduğu iyunun 26-da məlum olub. Menşovun yüngül formada yoluxduğu vurğulanırdı.

V. Menşov SSRİ-də məşhur olan filmlərin rejissoru olub. “Moskva göz yaşlarına inanmır” filminə görə, 1981-ci ildə “Oskar” mükafatını alıb. Menşov həmçinin “Məhəbbət və göyərçinlər”, “Şirli-Mırli” və digər filməri çəkib.

RSFSR-in xalq artisti idi.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzərdəki partlayışla bağlı mətbuat konfransı keçirilir-

Sonrakı məqalə

“Bu adada vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb”-