Rusiyanın tanınmış aktyoru və rejissoru Vladimir Menşov koronavirusdan vəfat edib.
RİA-nın verdiyi məlumata görə, bu barədə “Mosfilm”dən bildirilib.
Onun virusa yoluxduğu iyunun 26-da məlum olub. Menşovun yüngül formada yoluxduğu vurğulanırdı.
V. Menşov SSRİ-də məşhur olan filmlərin rejissoru olub. “Moskva göz yaşlarına inanmır” filminə görə, 1981-ci ildə “Oskar” mükafatını alıb. Menşov həmçinin “Məhəbbət və göyərçinlər”, “Şirli-Mırli” və digər filməri çəkib.
RSFSR-in xalq artisti idi.