“Moskva münaqişənin nizamlanmasında Bakı və İrəvana yardım edir”- Rusiya XİN

Ermənistan və Azərbaycan mümkün qədər tez sülh müqaviləsi bağlamaq niyyətindədirlər, lakin bu, onların istənilən şərtlə razılaşacağı demək deyil.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

“Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi barədə siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Biz hələ də bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq”, – Zaytsev bildirib.

Onun sözlərinə görə, Moskva münaqişənin nizamlanmasında Bakı və İrəvana yardım edir.

Zaytsev onu qeyd edib ki, prosesi sürətləndirməyə ehtiyac yoxdur, çünki ölkələr sənədin qəbulunun sürətində deyil, sazişlərin keyfiyyətində maraqlıdırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.