“Moskva Paşinyanın tezisləri ilə razılaşmır”- KREML

“Moskva Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda sülhməramlılar missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmır”.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya regionu tərk edə bilməz.

“Biz baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla prezident Putin arasındakı işgüzar və çox konstruktiv münasibətləri yüksək qiymətləndiririk. Amma biz cənab baş nazirin bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, – Peskov bildirib.

Paşinyan deyib ki, Rusiya Cənubi Qafqazdakı hərəkətindən və ya hərəkətsizliyindən bu regiondan uzaqlaşır. Onun sözlərinə görə, Rusiya tərəfdaşları hesab edir ki, Qərb ölkələri Ermənistan hakimiyyətini Rusiyanı regiondan sıxışdırıb çıxarmağa sövq edir, amma reallıqda vəziyyət tamam fərqli görünür.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.