“Moskva Qarabağda ciddi məğlubiyyətə düçar olub” –Rusiyalı ekspert

“Sülhməramlıların Qarabağa yeridilməsi Rusiyanın özündə birmənalı qarşılanmadı”.

Azpost.info bildirir ki, bu sözləri Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) aparıcı elmi əməkdaşı Nikolay Silayev İrəvan Dövlət Universitetində keçirilən “Rusiya Cənubi Qafqazda: Erməni-rus strateji ittifaqı üçün təhlükələr və çağırışlar” mövzusunda toplantıda çıxışı zamanı bildirib.

Ekspertin sözlərinə görə, həmin zaman bir-birinə zidd olan iki rəy ortaya çıxıb: “Çoxları hesab edirdi ki, Rusiya Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün sülhməramlı kimi çıxış edə bilər. Amma Moskva bunu etmədi və faktik olaraq regionda öz mövcudluğunu genişləndirdi. Həmçinin bir fikir də ondan ibarətdir ki, rus diplomatiyasının uğuru bir daha Rusiyanın Cənubi Qafqazda yüksək hərbi-siyasi statusunun təsdiqi oldu”.

Silayevin sözlərinə görə, bu fikrin opponentləri isə hesab edirlər ki, Rusiya xarici siyasətində ciddi məğlubiyyətə düçar olub. Bu öz növbəsində ona gətirib çıxardı ki, Türkiyə qətiyyət və harda lazım olsa orada güc göstərməyə hazır olduğunu nümayiş etdirərək regionda yeni nufuz və status əldə etdi: “Bu Rusiyanın nufuzunu əhəmiyyətli dərəcədə zəiflətdi”.

Silayev özü sonuncu nöqtəyi –nəzəri dəstəkləyir. Onun fikrincə, “Qafqazda Kremlin icazəsi olmadan bir top belə atəş aça bilməz” nəzəriyyəsi işləməyib. Ekspertin sözlərinə görə, bunun təsdiqi Moskvanın tərəflərə hərbi əməliyyatları dayandırmaq barədə müraciətini Bakı və İrəvan rədd etdi: “Bu, Rusiyanın regional güc kimi prestijinə ciddi zərbə vurdu”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları nədədir? –

Sonrakı məqalə

Bakıda 20 gün əvvəl itkin düşən uşaq tapılıb