Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları nədədir? –HƏKİM RƏYİ

Payız fəslinə keçid, havaların getdikcə soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. Tənəffüs yolu ilə əlaqədar yaranan narahatlıqlar – öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalıdır. Lakin həmin əlamətlər digər infeksion xəstəliklərlə də əlaqədar ola bilər.

Həkim-terapevt Nahid Məhərrəmov deyib: “Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur”.

Qızdırma, öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. Lakin immunitetin gücləndirilməsi də vacib məsələdir, bunun ən səmərəli yolu isə düzgün və balanslı qidalanmadır. Payız aylarında C vitamini ilə zəngin qidalara daha çox üstünlük verilməlidir: “Mövsümü xəstəliklərdən qorunmağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır. Soyuqdəymə və zökəm hallarından qorunmaq üçün isə düzgün qidalanmaq, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzlər daxil etmək və çoxlu maye içmək lazımdır. Gərgin iş rejimindən sonra istirahət etmək də immunitetin artırılmasına səbəb olur”, – deyə həkim-terapevt əlavə edib.

Hər gün piyada gəzmək və fiziki fəallıq da immun sistemini gücləndirir. Şəxsi gigiyenaya diqqət yetirmək, maska taxmaq da xəstəliklərdən qoruyan əsas şərtlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Moskva Qarabağda ciddi məğlubiyyətə düçar olub” –