Moskva Satira Teatrının eks- direktoru Məmməd Ağayevə qarşı dələduzluq ittihamı irəli sürülüb

Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevə qarşı 20 milyon rubl məbləğində dələduzluq işi üzrə ittiham irəli sürülüb.

AzPost bildirir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs naməlum şərikləri ilə birlikdə teatrın pullarını mənimsəmək üçün sxem təşkil edib.

İdarədən verilən məlumata görə, Ağayev fərdi sahibkar kimi qeydiyyatdan keçərək rəhbərlik etdiyi teatrla tamaşa layihələrinin ssenarilərinin yaradılması və sonradan onlara hüquqların ötürülməsi ilə bağlı bilərəkdən saxta müəlliflik müqavilələri bağlayıb. İddiaya görə, məqsəd bir tamaşanın biletlərinin satışından əldə etdiyi yığım məbləğinin 4 faizi məbləğində qeyri-qanuni gəlir əldə etmək olub.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.