Moskva Sirkində gimnast 6 metr hündürlükdən yerə düşüb

Efiopiyalı gimnast Moskva Sirkində məşq zamanı altı metr hündürlükdən yıxılıb.

AzPost-un məlumatına görə, “Kommersant” sirkin mətbuat xidmətinə istinadən xəbər verir ki, ona tibbi yardım göstərilib.

Sənətçi “Rus yelləncək”ində tryuk yerinə yetirərkən təhlükəsizlik döşəyinin üzərinə yıxılıb. Daha sonra hərəkətə davam edib və başı arenaya dəyib.

“İzvestiya”nın məlumatına görə, kişiyə beyin əzilməsi və onurğa sütununun sıxılma sınığı diaqnozu qoyulub.

Direktor Edqar Zapaşnının sözlərinə görə, akrobat çətin fənd ifaçısını sığortalayan köməkçinin səhvi ucbatından yıxılıb.

Böyük Moskva Sirkinin direktoru Telegram kanalında yazıb: “Artist bir neçə fırlanma ilə mürəkkəb fənd yerinə yetirib ayaqları ilə təhlükəsizlik döşəyinin üzərinə enəndə, bəzən ətalətə uyğun fırlanmağa davam edir. Bu məqsədlə arenada olan köməkçinin vəzifəsi öz bədəni ilə fırlanmanı dayandırmaqdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.