“Moskva Ukraynadakı münaqişənin uzunmüddətli həllini istəyir” –Putinin mətbuat katibi

Dmitri Peskov
Dmitri Peskov

Moskva Ukraynadakı münaqişənin uzunmüddətli həllini istəyir.

AzPost bildirir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

“Biz gələcək nəsillər üçün təhlükəsizlik məsələlərimizi həll etmək istəyirik”- deyə Peskov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlardan əvvəl bildirib.

Peskovun sözlərinə görə, Tramp administrasiyası Ukraynada həll yolu tapmaq üçün səylər göstərir. Avropa ölkələri isə öz növbəsində “son ukraynalıya qədər” münaqişənin davam olunmasından danışırlar.

“Təəssüf ki, biz Avropanın yalnız müharibədən danışması ilə qarşılaşırıq. Hətta indi, Tramp administrasiyası sülh danışıqlarına yol açmaq üçün çox böyük səylər göstərdiyi bir vaxtda belə…”- deyə Peskov vurğulayıb.

Prezidentin mətbuat katibi qeyd edib ki, o, ABŞ administrasiyasının Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməyə yönəlmiş sülh səylərini yüksək qiymətləndirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.