“Moskva və Kiyev danışıqlarda güzəştlərə yaxınlaşırlar”.
Azpost.info bildirir ki, bu barədə “Kommersant”a açıqlamasında Ukrayna prezidentinin Ofisinin nümayəndəsi Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, tərəflər sazişin hazırlanması işinə başlayıblar. Bu sazişin detalları açıqlanmır.
“Hüquqi format işlənib hazırlanan kimi danışıqların dördüncü raundu başlanacaq. Bu sabah, yauxd biri gün də ola bilər. Yalnız söhbət aparmaq artıq lazım deyil. Biz bütün məsələləri müzakirə etmişik, bu məsələləri hazırda hüquqi formata salmağa cəhd edirik”-deyə o vurğulayıb.
Podolyak həmçinin deyib ki, danışıqların yekunu Rusiyanın qlobal hərbi ittifaqların qorxusu qarşısında almaq istədiyi təhlükəsizlik qarantı nəzərə almalıdır:
“Bizdə bu maraqları müdafiə edəcək, Ukraynanı zərbə altından çıxaracaq təkliflər var. Bir daha təkrar edirəm, Rusiya tərəfi situasiyaya artıq daha çox adekvat baxmağa başlayıb”– deyə Podolyak bildirib.