Moskvada 3 azərbaycanlı həbs olundu –Erməni-azərbaycanlı davası araşdırılır

Moskvanın Kuzmınskiy rayon məhkəməsi 3 azərbaycanlı barəsində həbs qərarı verib.

Azpost.info İnterfax-a istinadən bildirir ki, onlar Moskvada erməni-azərbaycanlılar arasında baş vermiş münaqişə ilə bağlı tutulublar:“Vəliyev, Həmidov və Zahidov barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib”-deyə məhkəmənin yaydığı press-relizdə deyilir. Hər üçü xüliqanlıqda ittiham olunur.

Hüquq mühafizə orqanlarındakı mənbələrədən İnterfaks-a verilən məlumatda deyilib ki, cinayət işi Ermənistan və Azərbaycandan olanlar arasında baş vermiş qarşıdurma ilə bağlıdır. Hansı insidentdən söhbət getdiyi açıqlanmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

Gürcüstanda son sutkada 14 yoluxma qeydə alınıb