Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub

19 Fevral 2020 - 23:11

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən, hadisə milli zəmində baş verib.