Moskvada banka hücum edən şəxs saxlanılıb

1590236630349_n7byzqhX
Moskvada naməlum şəxs banka hücum edərək ordakı şəxsləri girov götürüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, naməlum şəxs Mokvada “Zemlyanoy Val” küçəsində yerləşən “Alfa-bank”ın ofisinə hücum edərək oradakı ən azı beş nəfəri girov götürüb.
Binanı partlatmaqla hədələyən qara maskalı şəxs əlindəki torbada partlayıcı qurğunun olduğunu iddia edib.
Son məlumata görə, bank binasına hücum edən şəxs artıq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir