Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib

“Moskvada xroniki xəstəlikləri olan və koronavirusa yoluxduqları təsdiqlənmiş daha 4 nəfər ölüb”.

TASS xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahının rəsmi “Telegram” kanalında bildirilib.

“Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus testlərinin cavabı müsbət olan 4 xəstə ölüb. 76-86 yaş aralığında olan xəstələrdə xroniki, xüsusilə ürək-damar xəstəliyi vardı”, – qərargahın məlumatında qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, dünyasını dəyişmiş 4 xəstədə yoluxucu xəstəliklər – xroniki pielonefrit, bronxial astma, xroniki beyin işemiyası müşahidə edilib.

Ölənlərdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş.

Xatırladaq ki, daha əvvəl Moskvada koronavirusdan ölənlərin sayı 7 nəfər idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada son sutkada koronavirusdan 418 nəfər ölüb

Sonrakı məqalə

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib