Moskvada daha 7 nəfər koronavirusdan ölüb

Rusiya paytaxtında COVID-19 diaqnozu qoyulmuş daha yeddi nəfər ölüb.

APA-nın Moskva müxbirinin koronavirusla bağlı vəziyyətə nəzarət edən operativ qərargaha istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətin monitorinqi məqsədilə yaradılmış operativ qərargahdan bildirilib.

Xəstələr 49-90 yaşları arasında olub.

“Xəstələrdə şəkərli diabet, hipertoniya, kardioskleroz, pielonefrit, mədəaltı vəzin atrofiyası kimi digər xəstəliklər də olub. Yoluxanların üçü xroniki bronxitdən əziyyət çəkib”, – məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiyada bu günə olan məlumata əsasən, 8672 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyədə 30 gündən çox qalan vətəndaşlarımıza viza cəzası tətbiq olunmayacaq” –

Sonrakı məqalə

Azərbaycanda indiyədək 53 mindən çox insan COVID-19 testindən keçib