Moskvada Emin Ağalarovun restoranları bağlanıb

Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən “Aviapark” Ticarət Mərkəzindəki “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları “AgalarovRest” şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.
AzPost-un məlumatına görə, bu barədə TASS-a “Agalarov Development” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl “Aviapark” Ticarət Mərkəzində üç restoranın bağlanması barədə məlumat yayılmışdı.
“AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir”, – “Agalarov Development”dən bildirilib.
“NF Group”un ticarət əmlakı departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.