Moskvada general Fanil Sarvarovun avtomobili partladıldı

Moskvada avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olub.

Bu barədə “ЕЖ” teleqram kanalı MNS-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, “Kia Sorento” markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.

Moskvada avtomobil partlayıb, sürücü ağır yaralanıb. İnsident Moskvanın cənubunda, Orexovo-Borisovo rayonunda baş verib. Səhər 7 radələrində 56 yaşlı kişi avtomobilinə əyləşdikdən sonra partlayış baş verib. Nəticədə kişi ağır yaralanıb.

Partlayış zamanı daha 7 avtomobilə ziyan dəyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.