Moskvada və Moskva bölgəsində güclü ildırım çaxması nəticəsində ən azı 5 ev yanıb.
AzPost bildirir ki, bu barədə görüntüülər teleqram kanallarında yayılıb.
İstra rayonunun Aleksino kəndində ev yanıb. İldırım birbaşa damı vurub. Saat 18:00-da Kuntsevo rayonunda ikimərtəbəli ev yanıb. Ev sahibi təkbaşına evdən çıxa bilib.
Bir qədər sonra Odintsovo rayonunda evdə yanğın baş verməsi barədə xəbərlər gəlib. Ölənlər barədə məlumat verilmir. Saat 17:00 radələrində Troitskdə üçmərtəbəli evi ildırım vurub.
Həmçinin Moskva vilayətində ildırım vurması nəticəsində beşinci ev yanıb. Voronovo kəndində yanğın baş verib.