Moskvada İlham Əliyevlə Putin arasında görüş keçirilir

Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilir.

Azpost.info xəbər verir ki, bu barədə “News.ru” məlumat yayıb.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putin və Əliyev Kremldə Rusiya və Azərbaycan münasibətlərini müzakirə edəcəklər.

Bundan sonra iki ölkənin liderləri dəmir yolu arteriyasının 50 illik yubileyinin qeyd olunması çərçivəsində Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüş keçirəcəklər.

Peskov bildirib ki, Azərbaycan Rusiyanın dostu və müttəfiqidir. O, Moskvanın Türkiyə və İtaliyadan sonra Bakının əsas ticarət tərəfdaşlarından biri olduğunu da qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İsrail hərbi kəşfiyyatının rəhbəri niyə istefa verib?

Sonrakı məqalə

Kirkorov Alla Puqaçova ilə evliliyinin necə dağıldığını açıqlayıb