Moskvada pilotsuz taksinin açıq sınaqlarına başlanılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Yandex”in mətbuat xidməti məlumat yayıb.
Avtopilotda olan avtomobil müstəqil şəkildə yola nəzarət edir, sürəti azaldır və s.
Xatırladaq ki, yerli şirkət ilk dəfə pilotsuz taksini 2017-ci ildə nümayiş etdirmişdi. Şirkətdən verilən məlumata görə, avtomobil üçün proqram təminatı onlar tərəfindən müstəqil hazırlanıb. Amma sistemin texniki hissəsində xarici şirkətlərin avadanlıqları var.
Azpost.info
