Moskvada Qələbə paradı keçirilir- Hansı xarici liderlər iştirak edir?

Moskvanın Qırmızı meydanında faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə hərbi parad keçirilir. 

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Kuba, Laos və Qvineya-Bisau Respublikasının başçıları ilə birlikdə Qələbə paradına qatılmaq üçün meydana gəlib.

Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü ilə bağlı tədbirlər başlamazdan əvvəl Putin veteranlarla söhbət edib.

Paraddan sonra Putin və dəvət olunmuş liderlər Aleksandrovski bağında naməlum əsgərin məzarına gül qoyma mərasimində iştirak edəcəklər. Sonra xarici nümayəndə heyətlərinin rəhbərləri üçün Kremldə Rusiya prezidenti adından ziyafət təşkil olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.