Moskvada qadın təcridxanası yandı –

900 nəfər təxliyə olunub
28 İyul 2020 - 10:54

Moskvada qadın təcridxanasında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar 900-dən çox şəxs təxliyə olunub, xəsarət alan olmayıb.

Yanğın təcridxana ərazisində 3 mərtəbəli korpusda baş verib. İlkin məlumatlara əsasən, hadisə çörəkbişirmə sexində başlayıb.

Yanğının qarşısının alınması üçün 150-yə yaxın yanğınsöndürən cəlb edilib.