Moskva yaxınlığındakı “Alabino” poliqonunda Qələbə paradına hazırlıqda 11 min hərbçi iştirak edib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Qırmızı Meydanda keçirilən parada hazırlıq işlərinə ümumilikdə 11 min hərbçi, 131 ədəd müasir silah və hərbi texnika, 77 təyyarə və helikopter cəlb olunub”, – məlumatda bildirilir.
Müdafiə Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının hərbi təhsil müəssisələrinin tələbə və kursantları, Qərb Hərbi Dairəsinin birləşmələri və hərbi hissələrinin zabit, çavuş və əsgərləri də hazırlıq prosesində iştirak ediblər. Azpost.info
