Moskvada Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabitinin avtomobili partladılıb-VİDEO

Moskvanın Korovinskoye şossesində avtomobil partlayıb, daha iki avtomobilə ziyan dəyib.

“Land Cruiser Prado” markalı avtomobilin sürücüsü maşını işə salarkən partlayış baş verib. Sürücünün ayağından xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Partlayış nəticəsində yaxınlıqda dayanmış “İnfiniti” və “BMW” markalı avtomobillərə ziyan dəyib. Hazırda təhlükəsizlik qüvvələri avtomobilim hansı səbəbdən partladığını araşdırır.

Araşdırma nəticəsində Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.

Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.