Moskvada “Vnukovo” metrostansiyasının açılışı olub- Hava limanına gedəcək (FOTO)

Moskvada metronun “Vnukovo” stansiyasının açılışı olub.

Azpost.info xəbər verir ki, stansiya Solntsevskaya (8A) xəttinin cənub hissəsində son nöqtədir, paytaxtın “Vnukovo” hava limanı ilə birləşdirilir.

Açılış mərasimində çıxış edən Moskva meri Sergey Sobyanin qeyd edib ki, indi hava limanından “Moskva Siti” biznes mərkəzinə metro ilə 40 dəqiqəyə çatmaq olar.

Metrodan piyada keçidi ilə birbaşa terminal binasına çatmaq, həmçinin stansiya meydanına və “Aeroexpress” platformasına çıxmaq mümkün olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.