Moskvadakı klinikada bomba təhlükəsi barədə məlumat təsdiqini tapmadı

Piroqov adına Moskva Milli Tibb və Cərrahiyyə Mərkəzində bomba təhlükəsi barədə məlumat təsdiqlənməyib.

Azpsot.info xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı yazıb.

Məlumata görə, həkimlər və xəstələr xəstəxanaya qayıdırlar.

Daha əvvəl mərkəzin poçtuna tibb müəssisəsində partlayıcı qurğuların yerləşdirildiyi barədə məktub daxil olmuşdu. SHOT-un yazdığına görə, bundan sonra xəstəxanadan 900 nəfər təxliyə edilib və xəsarət alan olmayıb.

Mərkəzin direktoru Oleq Karpov tibb müəssisəsindən 700-ə yaxın insanın təxliyə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, təxliyyə yataq xəstəsi olmayan konsultasiya-diaqnostika mərkəzindən həyata keçirilib və “Krokus Siti Holl”da baş vermiş terror aktının qurbanları başqa binadadır.

Azpsot.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.